!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin daha bir gizli silahı ortaya çıxdı - FOTO

!Reklam – Yazi

Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə Rusiya prezidenti Vladimir Putinin “super məxfi silahları” da ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Rusiya dövlət mediasında yer alan xəbərlərdə Putinin böyük məxfilik şəraitində həyata keçirdiyi silah layihəsinin istehsalına başlanıldığı bildirilib.

Qeyd olunub ki, “Poseidon doom torpedalar” kimi də tanınan silah sistemi 2018-ci ildən hazırlanıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl “Poseidon” raketinin şəklini paylaşıb. Lakin nazirlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Rusiya lideri Putinin 6 “super silahı” olduğu bildirilərkən, “”Poseidon” adlı silahın istehsal edildiyi və tezliklə “Belqorod” adlı nüvə enerjili sualtı qayıqda istifadə ediləcəyi” qeyd olunub.

Putinin digər “gizli super silahları” “Avanqard” hipersəs vasitəsi, “Sarmat” qitələrarası ballistik raketi, “Burevestnik” qanadlı raketi, “Kinjal” ballistik raketi və “Zirkon” hipersəs raketidir.

Qeyd olunub ki, Rusiyanın hazırladığı “Poseidon” adlı raket nüvə və adi döyüş başlıqlarına uyğundur və saatda 200 kilometr sürətə çata bilir. Bu raketin istifadəsindən sonra radioaktiv sunaminin baş verə biləcəyi bildirilir.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv