!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin daha bir planı ortaya çıxdı: Ukraynanı iki yerə böləcək - FOTO

!Reklam – Yazi

Son günlər Ukraynanın müxtəlif bölgələrində şiddəti artıran Rusiyanın daha bir planı ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, İngiltərənin “Telegraph” qəzeti hərtərəfli təhlillə Putinin cəbhədəki hərəkətlərinə diqqət yetirib. Nəşrin məlumatına görə, Rusiya Xerson şəhəri ələ keçirib. Bununla belə, Xerson şəhərinin böyük əhəmiyyət kəsb etdiyini bildirən ekspertlər rus əsgərlərinin bununla da Kiyevə daha sərt hücum edə biləcəyini bəyan ediblər.

Mütəxəssislər, Putin ordularının Dnepr çayından keçərək Ukraynanı ikiyə bölməsi gözlənildiyi bildirərkən, orduların həm qərbə, həm də şimala doğru irəliləyərək Kiyevə hücum edəcəyi iddia ediblər.

Digər tərəfdən, ölkənin cənubundakı liman şəhəri Mariupolun meri Vadim Boyçenko da açıqlama verib. Şəhərdə su və elektrik enerjisinin kəsildiyini, dəmir yolu əlaqələrinin də bağlandığını bildirən Boyçenkonun bu açıqlaması gündəm yaradıb. O, Putinin Mariupol əhalisinə klassik mühasirə taktikası tətbiq etdiyi bildirib.

Britaniya nəşrinə danışan keçmiş donanma komandiri Kris Parri “Qərb kəşfiyyatı genişmiqyaslı amfibiya əməliyyatının baş verə biləcəyini proqnozlaşdırır” şərhini verib. Parrinin sözlərinə görə, hamının diqqəti Kiyevə və ya Xarkova yönəlib. O, əsl təhlükənin cənubdan gəldiyini və diqqətin həmin ərazilərə cəlb etməyi lazımlığını vurğulayıb.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv