!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin daha bir vizit kartı satışa çıxarıldı

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putinin daha bir vizit kartı Sankt-Peterburqda elektron hərraca çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Telegram” kanalında məlumat yayıb.

“Leninqrad Şəhər Xalq Deputatları Soveti. Putin Vladimir Vladimiroviç. Leninqrad Şəhər Şurası sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri”, – kartda deyilir.

Bundan əlavə, vizit kartında əlaqə üçün ünvan və telefon nömrələri də qeyd olunub.

Qeyd edək ki, daha əvvəl 1990-cı illərdə Putinin imzası olan sənəd də satışa çıxarılıb. 2023-cü ilin dekabrında Putinin vizit kartı iki milyon rubla satılıb.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv