!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putinin elan etdiyi bu məqsəd Rusiyanın öz məğlubiyyətini etiraf etməsinin ciddi əlamətidir” – ŞƏRH

!Reklam – Yazi

“Müharibənin başlamasından bir ildən çox vaxt keçib və bu müddət ərzində Rusiya qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb”.

Bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiya Prezidenti Vladimir Putinin işğalçı müharibənin gedişində açıqladığı növbəti məqsədi dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Putinin Rusiya və Ukrayna orduları arasında məsafəni “təhlükəsiz” həddə çatdırmaq məqsədi Kremlin “bataqlıq”dan çıxış niyyətindən qaynaqlanır:

“Xatırlatmaq istərdim ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başladığı ilk gündən etibarən, Putin bu müharibənin məqsədlərini bir neçə dəfə fərqli məzmunda bəyan edib.

Rusiya Prezidenti əvvəl elan etdi ki, “xüsusi əməliyyat”ın əsas məqsədi Ukraynanın “denasifikasiya”sı, yəni hakimiyyəti “nasist qüvvələri”ndən təmizləmək və bu ölkədə “əhalinin təhlükəsizliyini təmin etməkdir”.

Ancaq müharibənin öncə elan edildiyi kimi, bir neçə həftə ərzində yekunlaşmadığı, əksinə, Rusiyanın özünün hərbi-siyasi-iqtisadi problemlərlə üzləşməsi nəticəsində Putin artıq tamam başqa məqsəddən – Ukraynanın hərbsizləşdirilməsi məqsədindən danışmağa başladı.

Artıq müharibənin başlamasından bir ildən çox vaxt keçib və bu müddət ərzində Rusiya qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. Qərb koalisiyasından böyük dəstək alan Ukraynanın hərbi potensialını gücləndirməsi və cəbhədə təşəbbüsü ələ keçirməsi Rusiyanın vəziyyətini daha da ağırlaşdırıb.

O baxımdan, Putinin Rusiya və Ukrayna orduları arasında məsafəni “təhlükəsiz” həddə çatdırmaq məqsədi Kremlin çarəsizliyinin göstəricisi və Rusiyanın öz məğlubiyyətini etiraf etməsinin ciddi əlamətidir. Görünən budur ki, Putin cəmiyyətin məğlubiyyət ittihamları ilə üzləşmədən vəziyyətdən çıxmağı düşünür”.

A.Zeynalov

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv