!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin gözlənilməz siyasi taktikası: "Rusiya çalışacaq ki, yaxın günlərdə Ukrayna hücum etsin"

!Reklam – Yazi

“Rusiya qarşı tərəfin hücuma keçməyə məcbur olması taktikasını həyata keçirməklə, beynəlxalq hüquqla bağlı məsuliyyəti öz üzərindən atmaq istəyir”.

Bu sözləri Rusiya-Ukrayna böhranının Moskvanın siyasi gücünü zəiflədəcəyi ilə bağlı ehtimalları dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən böhranın Rusiyanı zəiflədəcəyi ehtimalı gözlənilən deyil:

“Rusiya-Ukrayna münasibətləri artıq növbəti fazaya daxil olur. Təxribatlara baxmayaraq, 16 fevralda Rusiya tərəfindən müharibə başlamadı. Bununla Rusiya fərqli bir taktika həyata keçirdiyini göstərdi. Rusiya qarşı tərəfin hücuma keçməyə məcbur olması taktikası həyata keçirməklə, beynəlxalq hüquqla bağlı məsuliyyəti öz üzərindən atmaq istəyir. Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı zamanı Zelenski, “Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir” – deyib. Bu, Avropanın özündə də məlum məsələ ilə bağlı yekdilin olmaması düşüncəsini ortaya çıxır. Almaniya ilə Fransa ABŞ və Böyük Britaniyanın timsalında NATO-nun Avropada söz sahibi olmasından qıcıqlanır. Əslində, Avropanın gələcəyi, o cümlədən Almaniya və Fransanın qazla təchizatı Rusiyadan bilavasitə asılıdır. Ukrayna prezidenti Zelenskinin açıqlamaları isə Avropa İttifaqının iki güclü ölkəsi olan Fransa və Almaniyanı ciddi dilemma qarşısında qoyur.

Moskvanın zəiflədilməsi ilə bağlı son qərar budur ki, Rusiya kartlarını açıq oynamağa başlayacaq. Belə ki, Putinin başçılığı ilə qitələrarası ballistik raketlərin və ən qorxulu əzələ nümayişinin hiper səviyyəsi hesab olunan nüvə başlıqlı raketlərin təlimləri keçiriləcək. Bu isə artıq dünyaya meydan oxumaqdır və Rusiyanın nə dərəcədə ciddi olduğunun açıq nümunəsidir. Ona görə də prosesin həlli bir düyün kimi qalmaqdadır. Rusiya çalışacaq ki, yaxın günlərdə Ukrayna hücum etsin. Fikrimcə, Qərb və Avropa da Ukraynanın hücuma keçməsi və müharibənin başlaması üçün bir səbəbin yaranmasına çalışırlar”.

Gülşən Şərif

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv