Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Putinin İrəvandakı mesajı Paşinyan müxalifətini hərəkətə gətirəcək” – Qabil Hüseynli

Reklam: High Technic

“Paşinyan İrəvana gələn dövlət başçıları ilə gülərək “selfi” çəkdirib paylaşmasına baxmayaraq, vəziyyətinin ağırlığını hər halda, başa düşür”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında İrəvanda baş tutan Avrasiya İqtisadi Əməkdaşlıq Şurasının toplantısı zamanı Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana aşağılayıcı münasibətini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Putinin İrəvanda Robert Koçaryanın xanımı ilə görüşməsi Paşinyan hökumətinin üzünə vurulan “tərs sillə”dir:

“Belə düşünürəm ki, Vladimir Putinin İrəvan toplantısı çərçivəsində Nikol Paşinyanla ətraflı müzakirə aparmaq istəməməsi, onunla ayaqüstü söhbətlə kifayətlənməsi, üstəlik də həbs edilmiş Robert Köçəryanın həyat yoldaşı ilə səfirlikdə bir saatlıq görüş keçirməsi Rusiya prezidentinin Ermənistanın hökumət rəhbərinə saymaz münasibətinin göstəricisi idi.

Putin bu davranışı ilə Ermənistanın daxilindəki müəyyən qüvvələrə bir növ mesaj vermiş oldu. Zənnimcə, bundan sonra həmin qüvvələrin ciddi surətdə fəallaşmaları müşahidə ediləcək. Onların sırasında əlbəttə ki, Qarabağ klanı öndə gəlir. Yəni qarşıdakı yaxın müddətdə Paşinyan hökümətinə müxalif qüvvələrin ciddi faktor kimi ortaya çıxacağı gözlənilir.

O baxımdan, Paşinyan üçün arzuedilməz mərhələnin başlayacağı müddət çox yaxındır. Paşinyan İrəvana gələn dövlət başçıları ilə gülərək “selfi” çəkdirib paylaşmasına baxmayaraq, vəziyyətinin ağırlığını hər halda, başa düşür.

Bu fonda Azərbaycan prezidenti İlham Əliyevin “Valday” klubunda iştirak üçün Soçiyə yollanması və 2004-cü ildən etibarən, müntəzəm keçirilən toplantıda iştirakı diqqəti cəlb edir. Toplantı çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü, danışıqlardan sonra verilən bəyanatlar iki ölkə arasında münasibətlərin inkişaf tempindən xəbər verir.

İlham Əliyevlə Vladimir Putinin Soçi görüşü həm də Paşinyanın avantürist bəyanatları ucbatından nəticəsiz qalan Qarabağ danışıqlarının intensivləşdirilməsinə də təkan verə bilər. Amma bütün hallarda vurğulanmalıdır ki, Putinin İrəvanda Paşinyan, Soçidə isə İlham Əliyevə münasibəti Moskvanın Bakı ilə İrəvana yanaşmasını bir daha ortaya qoydu”.

Aqil Bəkir

www.yenicag.az

385