!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin nümayəndəsi sabiq səfirə görə Paşinyana müraciət etdi

!Reklam – Yazi

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, Şvıdkoy Ermənistanın hökumət başçısından bu ölkənin Rusiyadakı sabiq səfiri, bəstəkar Armen Smbatyan müdafiəsi ilə bağlı – onun barəsində seçilmiş həbs qətimkan tədbirinə yenidən baxılmasına köməklik göstərməsini xahiş edib.

Xatırladaq ki, Ermənistanın Rusiya və İsraildəki sabiq səfiri Armen Smbatyanla oğlu Sergey Smbatyan ötən ayın 29-u Baş Prokurorluq tərəfindən saxlanılıb.

Onlar dələduzluqda şübhəli sayılır. Qeyd edilib ki, onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv