!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin Qərbə “adekvat cavab” TƏKLİFİ: “Sanksiya təcavüzü ilə üzləşsək də...”

!Reklam – Yazi

Rusiya Prezidenti Qərbin ölkəsinə qarşı həyata keçirdiyi həmlələrə adekvat cavab verilməsinə çağırıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Baş Prokurorluğun genişləndirilmiş kollegiya iclasında danışıb.

Putinin sözlərinə görə, Qərbin Rusiyaya qarşı genişlənən sanksiya təcavüzünə qarşı effektli müqavimət üçün konkret addımlar atılmalıdır.

Rusiya Prezidentinin fikrincə, tətbiq edilən sanksiyaların təsir gücününü azaldılmasının əsas yollarından biri iqtisadi azadlıqların genişləndirilməsidir.

O qeyd edib ki, sanksiyalar ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərməsə də, zəruri addımların atılması vacibdir:

“Bədxahlarımızın bizə yönəlik bütün hərəkətlərinə qarşı atacağımız tək addım iqtisadi azadlıqların genişləndirilməsi olmalıdır”.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv