!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin sələfi Qərbdən əl çəkmir: “Soyqırımı, qul ticarəti və başqa cinayətlər...”

!Reklam – Yazi

Rusiyanın eks-prezidenti kollektiv Qərbi müxtəlif ittihamlarla növbəti dəfə hədəfə götürüb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın eks-prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini tutan Dmitri Medvedyev Qərb dövlətlərinin ünvanına yeni ittihamlar səsləndirib.

Medvedyev bildirib ki, Qərbin aparıcı ölkələri vaxtilə törətdikləri soyqırımı, qul ticarəti və başqa cinayətlərin yaddaşlardan silinməsinə çalışırlar:

“Qərb ölkələri bu yolla tarixi saxtalaşdırmağa cəhd göstərirlər. Son onilliklərdə görülən tədbirlər onların müstəmləkəçilik irsini tamamilə aradan qaldıra bilmədi. Aydındır ki, müstəmləkəçilik sistemi çöksə də, onun irsi qalmaqdadır.

Özlərinin müstəsnalığı və qlobal miqyasda dominanta çevrildikləri qənaətində olan ölkələr çoxqütblü dünyanın yaradılmasını istəmirlər. Bunlar müstəmləkəçi keçmişə malik olan Böyük Britaniya, Fransa, Almaniya və əlbəttə, ABŞ kimi dövlətlərdir”.

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv