!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin TARİXİ PARALELİ: “Rusiyada baş verən son olaylarla 1917-ci il hadisələri arasında...”

!Reklam – Yazi

“Telekanalları hər nə qədər yalan, feyk məlumatlar yayımlasalar da, Putin artıq bu vəziyyəti açıq şəkildə göstərməyə məcburdur”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” qiyamı ilə 1917-ci il hadisələrini müqayisə etməsini dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son olaylar da göstərir ki, Rusiyada böhran son dərəcə dərinləşib və xalq da Putin hakimiyyətindən bezib:

“Putinin Rusiyada son günlər cərəyan edən hadisələrlə 1917-ci ilin fevral və oktyabr aylarında baş verən proseslər arasında paralel aparmaqda müəyyən qədər əsası var. Çünki qeyd edilən olaylar arasında bənzərliyin olduğu dəqiqdir. Yəni o dövrdə də nüfuzunu itirən, müharibədə məğlub duruma düşən, tamamilə çökmüş vəziyyətə düşən Rusiyada 1917-ci ildə fevral burjua inqilabı, oktyabrda isə bolşevik çevrilişi baş verdi.

Bütün hallarda Putin bu yanaşması ilə etiraf edir ki, Rusiya dərin böhran içərisindədir. Rusiya telekanalları hər nə qədər yalan, feyk məlumatlar yayımlasalar da, Putin artıq bu vəziyyəti açıq şəkildə göstərməyə məcburdur. Eyni zamanda, Ukraynaya qarşı hərbi təcavüzü davam etdirmək iqtidarında olmadığına görə ortadakı uğursuzluğun günahını “Vaqner” özəl hərbi şirkətin üzərinə qoymağa çalışır.

Ancaq bu da optimal yol deyil. Hər halda, dünya indi 1917-ci ildəki kimi qapalı yox, qloballaşan dünyadır. İstənilən ölkədə yaşanan olaylar haqqında məlumat anında bütün dünyaya yayılır. Bütün hallarda həmin olaylar Putinin, Rusiya Müdafiə Nazirliyinin, hakim komandanın, eləcə də “Vaqner”in rəhbəri Priqojinin məğlubiyyətidir.

Diqqət çəkən məqamlardan biri də budur ki, “Vaqner”in ələ keçirdiyi şəhərlərdə əhali ona heç bir müqavimət göstərmədi. Hətta yerli rəhbərlər belə qiyamın əleyhinə bir addım atmadılar. Bu isə onu göstərir ki, Rusiyada böhran son dərəcə dərinləşib və xalq da Putin hakimiyyətindən bezib. Fikrimcə, yaxın gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi olacaq və bundan sonra isə imperiyanın parçalanması prosesi sürətlənəcək”.

A.Zeynalov

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv