!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin təkrar seçilməsinə dünyanın REAKSİYASI

!Reklam – Yazi

Rusiyada prezident seçkiləri keçirilir və son məlumatlara görə Putin bütün namizədləri üstələyir.

Yenicag.az xəbər verir ki, Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin yenidən prezident seçilməsinə dünya liderlərindən reaksiyalar gəlib.

Yaponiya hökuməti Rusiyada martın 15-dən 17-dək keçirilən prezident seçkiləri ilə bağlı şərh verməyib.

Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

“Ölkəmiz Rusiyada keçirilən seçkiləri şərh etməkdən çəkinir”, – “Asia News” Hayaşidən sitat gətirib.

Vladimir Putin digər namizədləri məğlub etməsinə və seçkilərin şəffaflığına Böyük Britaniya və ABŞ-də şübhə etdiklərini bildiriblər.

Bundan əvvəl Böyük Britaniya və Polşa Rusiyada keçirilən prezident seçkilərinin demokratik olmadığını bəyan ediblər.

Polşa Xarici İşlər Nazirliyi və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron seçkilərdə qanunsuzluqların olduğunu vurğulayıblar.

Almaniya prezident aparatı prezidentin Putini təbrik etməyəcəyini bildirib və seçkilərin azad və ədalətli keçirilmədiyini qeyd edib.

Rusiya Federasiyası Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev isə bildirib ki, beynəlxalq müşahidəçilər üç günlük səsvermənin nəticələrinin mümkün pozuntusu ilə bağlı heç bir şərh verməyiblər.

Xuraman Etibarlı

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv