!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin xaçlı CASUSLARI: Ukraynada din xadimlərindən ibarət şəbəkə ifşa edilib

!Reklam – Yazi

Ukrayna Təhlükəsizlik Şurasının (UTŞ) əməkdaşları Moskva Patriarxlığına bağlı Kirovoqrad və Aleksandriya yeparxiyalarında əməliyyat keçiriblər.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, əməliyyat zamanı adları çəkilən yeparxiyalara mənsub din xadimlərindən antiUkrayna məzmunlu ədəbiyyat və onların Rusiyanın xeyrinə casusluq etmələrinə dair materiallar aşkarlanıb.

Qeyd olunur ki, ələ keçirilən materiallar arasında Kirovoqrad mitropolitinin Rusiya patriarxı Kirillə yazışmaları da var.

Məlumatda bildirilir ki, sözügedən yeparxiyaların təmsilçiləri milli ədavəti qızışdırmaq və Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik kimi qanunsuz əməllərlə fəal surətdə məşğul olublar.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv