!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin yaxınlaşan SONU: "Kreml sahibi özünəvurğunluğun qurbanına çevrilib"

!Reklam – Yazi

“Rusiyanın Ukraynaya hücum hazırlıqları Şimali Atlantika Blokunu gücləndirib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin “Qərbdən görünüşü” haqqında danışarkən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu bildirib ki, rəsmi Moskvanın aqressiv davranışları onun yaxın tərəfdaşlarını da qorxuya salıb:

“Qərb mətbuatı Rusiya Prezidenti Vladimir Putini hər zaman sərt tənqid etsə də, bəziləri onu güclü strateq hesab edirdi. Yazırdılar ki, Putin Qərbin istənilən liderindən güclü və hazırcavabdır. Ancaq Ukrayna hadisələri fonunda Putinin strategiyasının çat verdiyini bildirirlər. Həqiqətən, Kreml sahibi NATO-nu zəiflətmək istəyərkən Rusiyanın Ukraynaya hücum hazırlıqları Şimali Atlantika Blokunu gücləndirib. Kreml sahibi ABŞ-dən tələb edirdi ki, Şərqi Avropada hərbi bazalarını yığışdırsın. Ukrayna ətrafındakı qovğanın fonunda tam əksinə, ABŞ və NATO Şərqi Avropada möhkəmlənməyi planlaşdırır, Baltik ölkələrində mövqelərini gücləndirirlər. Bundan başqa Finlandiya və İsveç kimi neytral dövlətlər Rusiyanın planlarından narahat olaraq NATO-ya üzvlük müzakirələrinə başlayıblar. Bir müddət əvvəl, “NATO beyin ölümü keçirib”, – deyən Fransa Prezidenti Emmanuel Makron indi tam tərsini düşünür.

Beləliklə, vaxtilə Çeçenistanı ram edən, Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini ələ keçirən, Krımı ilhaq edən, Donbasda separatçı bölgə yaradan Kreml sahibi bu dəfə özünəvurğunluğun qurbanına çevrilib. Rusiyadan hətta onun Avropadakı tək-tük tərəfdaşları qorxmağa başlayıb. Misal üçün Vladimir Putin bugünlərdə italiyalı iş adamlarıyla videokonfrans keçirmək istəyirdi. İtaliya hökuməti şirkətlərini xəbərdar edib ki, konfransa qatılmasınlar”.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv