!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə heç bir danışıq olmayacaq - Zelenski rəsmən təsdiqlədi

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) qərarını təsdiqləyib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Dərc edildiyi gündən qüvvəyə minən fərmana əsasən, Rusiya Prezidenti ilə danışıqların aparılmasının mümkün olmadığı bildirilir.

Bundan əlavə, Zelenski Ali Radaya “Rusiya Federasiyası tərəfindən eskalasiyaya müvafiq sanksiyalar və digər cavab tədbirləri haqqında” qanun layihələrini tez bir zamanda qəbul etməyi tövsiyə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 30-da MDŞ-nın iclasından sonra Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirib. Ancaq danışıqlar yalnız Rusiyada prezident dəyişdikdə baş tutacaq. “Bizim dövlətimiz həmişə Rusiyaya bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edib. Açığı, bu Rusiya prezidenti ilə bu mümkün deyil. O, ləyaqət və dürüstlüyün nə olduğunu bilmir”, – deyə Zelenski bildirib.

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv