!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə Paşinyan bu məsələdə razılığa gəldi

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Novo-Oqaryovoda görüşü baş tutub.

Sfera.az xəbər verir ki, Novo-Oqorevoda keçirilən görüşün yekunları ilə bağlı bəyanat yayılıb.

Bəyanatda Putin və Paşinyanın iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd etdikləri bildirilib.

Müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının səmərəliliyi təsdiqlənib. Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulanıb.

Bundan əlavə, tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər.
Paşinyan həmçinin Putini KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci ilin ikinci yarısında keçiriləcək sessiyası ilə bağlı İrəvana səfərə dəvət edib.

 

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv