!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə Zelenski bu məsələdə razılığa gəldilər

!Reklam – Yazi

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski Papa Fransiskin xüsusi nümayəndələrini qəbul etmək, onlarla atəşkəsin əldə olunmasını müzakirə etmək barədə razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bu barədə Vatikan məsələləri üzrə ixtisaslaşmış “il Sismografo” bloqu məlumat yayıb.

Qeyd olunur ki, bu gün İtaliya Yepiskop Konfransının rəhbəri kardinal Matteo Zuppi və Şərq kilsələri üzrə Dikasteriya prefekti arxiyepiskop Klaudio Quqerottinin Kiyevə səfəri ilə bağlı “ilkin razılaşmalar var”.

Eyni zamanda, bloqda bu adların yekun olmadığına aydınlıq gətirilib./Qafqazinfo/

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv