!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın ərinin qardaşı tərəfindən öldürüldü

!Reklam – Yazi

Martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir, aparılmış araşdırmalarla zərərçəkmişin ərinin qardaşı 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv