!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın hüquqlarının müdafiəsində KİŞİ FƏALLIĞI: “Xanımlar haqqında daşlaşmış fikirlərin təsirinə düşən...”

!Reklam – Yazi

“Kişilərin qadın hüquqlarının qorunmasında tamamilə səssiz qaldıqlarını düşünmək doğru olmaz”.

Bu fikirləri qadın hüquqlarının müdafiəsində kişilərin iştirakını dəyərləndirən psixoloq Aytən Ələkbərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xanımların hüquqlarının qorunmasında kişilərin fəallığının artdığı müşahidə edilir:

“Ölkədə diqqət yetirilməli ən aktual problemlərdən biri də qadın hüquqları məsələsidir. Əslində, qadın hüquqlarının qorunmasında xanımların iştirakı daha qabarıq görünsə də, bu məsələdə kişilərin tamamilə səssiz qaldıqlarını düşünmək doğru olmaz.

Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə bu tendensiyanın genişləndiyi, bəylərin hətta müvafiq sosial proqramlarda fəal iştirak etdiyi müşahidə olunur. Onlar artıq qadınlarla bağlı məsələlərdə qətiyyən səssiz qalmırlar, xanımların hüquqlarının qorunmasında aktivlik göstərirlər.

Lakin qadın hüquqlarına bir çox hallarda etinasız yanaşan kişilər də az deyil və onlar çox vaxt əks cinsə münasibətdə qərəzli davranırlar. Bu münasibətin formalaşmasına təsir edən amillərdən birincisi kişilərin cəmiyyətdə qadınlar haqqında daşlaşmış fikirlərin təsirinə düşmələridir.

Digər amil isə kişilərin qadınlar tərəfindən psixoloji zorakılığa məruz qalmalarıdır. Məsələn, boşanma zamanı bir çox qadının kişini özünün və övladının həyatından çıxarmaq istəməsi onların psixologiyasına mənfi təsir göstərir”.

Nuray Məmmədzadə

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv