!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qadın paltarı geyinən aktyorları qınayan Fərdaya Əməkdar artistdən CAVAB

!Reklam – Yazi

Tanınmış aktyor Fərda Xudaverdiyevin “Qadın geyimində atılıb düşməyə ehtiyac yoxdur” sözləri teatr cameəsində birmənalı qarşılanmayıb. Aktyoru bu sözlərinə görə qınayanlar da olub, haqq qazandıranlar da…

Yenicag.az-a a açıqlama verən Əməkdar artist, tanınmış aktyor və rejissor Sərvər Əliyev bu fikrə qarşı çıxıb.

O, situasiya tələb etdiyi təqdirdə aktyorun qadın paltarı geyinməsinə pis baxmadığını deyərək, Fərdanın fiikrləri ilə razılaşmadığını bildirib:

“Əgər əsərdə dramatik vəziyyət tələb edirsə, aktyorun səhnədə qadın paltarı geyinməsi normaldır.

Bir misal çəkim. Marat Haqverdiyevin məndə bir pyesi var. İncəsənət Universitetində oxuyan iki tələbə iki qızı sevir. Qızları sınamaq üçün həmin oğlanlar qadın paltarları geyinib rəfiqə kimi onlara yaxınlaşırlar. Deyirlər, bizim qrupumuzda yaxşı oğlanlar var, bəlkə sizi tanış edək, qızlar imtina edir.

Bu situasiyadan yaranan bir vəziyyətdir. Və bu vəziyyət həmin oğlanların, yəni aktyorların qadın paltarı geyinməsini tələb edir. Buna heç pis də baxmıram. Mənə elə gəlir ki, bu atmaca Rafaellə Coşğuna ünvanlanıb. Onu deyim ki, “Bu şəhərdə” iki aktyorun teatrıdır. İki aktyor bütün obrazları oynayır və onlardan biri mütləq qadın paltarı geyinməlidir. Çünki teatrın janrı budur. Bunu faciəyə çevirmək lazım deyil”.

Cəvahir

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv