!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın qeyri-hökumət təşkilatları Mehriban Əliyevanı təbrik etdi

!Reklam – Yazi

Ölkədə fəaliyyət göstərən qadın qeyri-hökumət təşkilatları Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Yenicag.az təbrik mətnini təqdim edir:

“Hörmətli Mehriban xanım!

Sizi ad gününüz münasibətilə Azərbaycanda fəaliyyət göstərən qadın qeyri-hökumət təşkilatları adından təbrik edir, Sizə möhkəm can sağlığı, müqəddəs missiyanızda uğurlar diləyirik.

Siz müstəqillik illəri ərzində Azərbaycan qadını üçün azad, demokratik, tolerant, humanist dəyərlərinizlə əsl örnək olmusunuz. Sizin timsalınızda Azərbaycan qadınının dövlətin və cəmiyyətin bütün sahələrində iştirakçılığı və təmsilçiliyi ən yüksək səviyyəyə çatıb.

Dəyərli Mehriban xanım!

Bir ana kimi ərazi bütövlüyümüzün bərpasında, xüsusilə də 44 günlük Vətən müharibəsində öz canını Vətən uğrunda qurban verən şəhidlərimizin ailələrini daim dəstəkləməyiniz, onların ağrı-acısına şərik olmağınız bütün Azərbaycan xalqı kimi, biz qeyri-hökumət təşkilatlarının təmsilçilərini də fərəhləndirir və qürurlandırır. Sizin bu qayğınız və diqqətiniz Azərbaycan qadınına, qəhrəman oğullar yetişdirən fədakar analara daha da güc və inam verir. Biz əminik ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım bütün Azərbaycan qadınlarının yanındadır, onların ən dəyərli himayədarıdır.

Azərbaycan xalqına, Azərbaycan qadınına qarşı xüsusi və fədakar münasibətiniz, istər çətin günlərdə, istərsə də xoş günlərdə xalqımızla birgə olmağınız, xeyihxahlığınız, dini və dünyəvi dəyərlərə münasibətiniz, xüsusən uşaqlara qarşı həssaslığınız Sizi hər kəsin sevimlisinə çevirib. Yaşlı nəsil Sizi öz övladı, uşaqlar isə anası kimi sevir. Bizlər isə Sizi bacımız, doğmamız, əzizimiz bilirik. Siz bu münasibəti öz fəaliyyətiniz və zəhmətinizlə qazanmısınız. Yaxşı ki, Azərbaycan xalqının Sizin kimi dəyərli bir övladı var.

Bir daha Sizi təbrik edirik, Sizə bütün xoşbəxtlikləri və gözəllikləri arzulayırıq”.

www.yenicag.az

192
Ads
www.veteninfo.com
!Reklam – Arxiv