Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qadın “TikTok” qurbanı oldu - Yumurta bişirməyə çalışdı, üzü yandı - VİDEO

“TikTok”dakı reseptlə yumurta bişirməyə çalışan qadının üzü yanıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı zərərçəkən özünün sosial şəbəkədəki hesabında videolar paylaşıb.

Bildirilir ki, 25 yaşlı britaniyalı Şantel Konuey “TikTok”da öyrəndiyi üsulla mikrodalğalı sobada “paşot yumurta” bişirməyə qərar verib.

O, məşhur resepti təkrarladıqdan sonra yumurtanı qaynayan su olan qabdan soyuq metal qaşıqla çıxarmaq istəyib. Nəticədə qaynar su onun bütün üzünü və boğazını yandırıb.

“Su bütün üzümə yayıldı. Bu mənim başıma gələn ən pis şeydir”, – deyə britaniyalı hadisə barədə danışıb.

Bədbəxt hadisədən dərhal sonra Konuey özünü soyuq su ilə yuyub. Daha sonra həkimlər onu üçüncü dərəcəli yanıqlardan məhz bu hərəkətlə qurtardığını bildiriblər.

“Bu, tərəfimdən bir axmaq hərəkət idi və başlarına belə bir qəza gəlməməsi üçün daha çox insanın nələrin baş verə biləcəyini görməsini istəyirəm”, – deyə qadın bildirib./oxu.az/

www.yenicag.az

296
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100