Qadın və iki qızı itkin düşdü – Goranboyda – Yenicag.Az

Reklam

Reklam

Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib.

Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları – 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.

Bəsti Məmmədova və azyaşlı qızlarının itkinin düşməsi barədə Goranboy rayon Polis şöbəsinə məlumat verilib.

B.Məmmədova və övladlarını görənlərdən 070-915-94-35, 050-390-84-80, 070-633-59-25 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 503
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."