Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qadın zorakılığına qarşı yeni layihəyə start verildi - VİDEO

11:46

Layihə qadınların müxtəlif sahələr üzrə fəaliyyətlinə də dəstək olacaq.

Yenicag.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlayıb.

Bu il Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə USAID, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı 1,8 milyon ABŞ dolları dəyərində qadınlara qarşı zorakılıq məsələlərinin həlli istiqamətində yeni layihəyə start verir.

USAID-in maliyyələşdirdiyi dörd illik layihə eyni zamanda qadınların iqtisadi səlahiyyətləndirilməsini də dəstəkləyəcək.

“Qadınlara və Qızlara dəstək olaq” layihəsi Qadın Resurs Mərkəzi ilə birgə işləyərək qadınlar və qızlara psixoloji xidmətlər və ailə məsləhətçiliyi təqdim edəcək, onlar üçün daha təhlükəsiz yerlər yaratmağa kömək edəcək. Mobil klinikalar vasitəsilə təqdim olunacaq bu xidmətlər, 1100 məişət zorakılığından əziyyət çəkmiş şəxslərə dəstək olacaq.

www.yenicag.az

313