!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanıldı

!Reklam – Yazi

Paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edərək alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.

 

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv