!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadını döyərək evindən 9 min manat oğurlayan şəxs tutuldu

!Reklam – Yazi

Qubada ötən ilin noyabrında törədilən quldurluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Yenicag.az-a verilən məlumata görə, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib.

Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub.

Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv