!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlar aborta görə cinayət məsuliyyətinə CƏLB OLUNA BİLƏR

!Reklam – Yazi

Rusiyada qadınlar aborta görə həbs oluna bilərlər. 

Yenicag.az xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü senator Olqa Kovitidi aborta görə cinayət məsuliyyətinin tətbiqi barədə düşünməyi təklif edib.

O xatırladıb ki, Rusiyanın bir sıra regionları artıq abort etdirmək istəyənlər üçün inzibati məsuliyyət tətbiq edib və artıq inzibati maddənin cinayət məsuliyyətinə çevrilməsi imkanını nəzərdən keçirməyin vaxtı çatıb.

Qeyd edək ki, artıq Tver vilayəti abort edənlər üçün məsuliyyət haqqında qanun qəbul edib. Cərimə 3-5 min rubl arasında dəyişir.

Kalininqrad vilayəti də belə standartlar haqqında düşünür. Krımda və Kurskda özəl klinikalar tibbi abort etmək üçün lisenziyalarından könüllü olaraq imtina ediblər.

Xuraman Etibarlı

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv