!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlar bir müddət yoxa çıxsalar, dünya daha ədalətli olar

!Reklam – Yazi

Tanınmış amerikalı teleaparıcı, komediya ustası və yazıçı Qreq Qatfeld bildirib ki, bütün qadınlar planetdən ən azı bir həftə yoxa çıxsalar, Yer kürəsində cinayətkarlıq kəskin şəkildə azalacaq.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, o, bu barədə “Fox News” telekanalında rezonans doğuran açıqlama verib.

Qreq Qatfeld ABŞ-da soyğunçuluq problemi haqqında danışarkən qadınları tənqid atəşinə tutub. O, Los-Ancelesdəki Nordstrom mağazasında bir müddət əvvəl oğrular tərəfindən qarət edilən qalmaqala münasibət bildirib. Teleaparıcının fikrincə, qadınlar “cinayətə meyllidirlər”, ona görə də onlar bir müddət yoxa çıxsalar, dünya daha ədalətli olar.

Jurnalist əlavə edib ki, dünyada qadınların olmadığı təqdirdə mağazalarda qarət və təkrar cinayətlər aradan qalxacaq.

Aparıcının sözləri dünya mediasında mənfi reaksiya doğursa da, o, üzr istəməyib. “Fox News” telekanalı da onun sözlərini şərh etməkdən imtina edib.

Qeyd edək ki, Qreq Qatfeld təxribat xarakterli açıqlamaları ilə məşhur amerikalı jurnalist, teleaparıcı, yazıçı və komediya ustasıdır. 2021-ci ildə o, ABŞ-ın ən nüfuzlu media adamları siyahısında 12-ci yerdə qərarlaşıb.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv