!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlar həbsdə olan ərlərinə narkotik ötürməyə cəhd etdi - FOTO

!Reklam – Yazi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanası və 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, PX-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Mübariz Əvəz oğlu Zülfüqarova arvadı Saatlı şəhər sakini vətəndaş Güllü Şükür qızı Həsənova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan cins şalvarın yan cibində sellofan bükülüdə ümumi çəkisi 0,157 qram çətənə bitkisinin toxumları aşkar edilib.

Cinayət Məcəlləsinin 263.1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sərdar Xəlil oğlu Şirinov ilə qısamüddətli görüşə gəlmiş arvadı Tovuz rayon sakini Rəna Fəxrəddin qızı Şirinova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman zənbilin içərisində gizlədilmiş daxilində danışıq kartı olan 1 ədəd “Xiomi” markalı mobil telefon aparatı və elektrik qidalandırıcısı aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır./Apa/

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv