!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTO

!Reklam – Yazi

“That 70’s Show” (“70-ci illərin şousu”) verilişinin məşhur aktyoru Denni Masterson iki qadına təcavüz etdiyinə görə 30 il müddətində həbs cəzasına məhkum edilib.

Yenicag.az xəbər verir ki, 2006-cı ilə qədər səkkiz mövsüm retro komediyada rol alan 47 yaşlı aktyor və məşhur sayentoloqa Los-Anceles Ali Məhkəməsinin hakimi qanunda nəzərdə tutulan maksimum cəzanı verib. Məhkum olunduğu gündən həbsdə olan Masterson yalnız 25 il yarımdan sonra şərti azadlığa çıxma haqqına sahib ola biləcək.

Qeyd edək ki, 2001-2003-cü illər arasında üç qadın şöhrətinin zirvəsində olan Mastersondan şikayət edib və ona qarşı təcavüz ittihamı irəli sürüb. Məhkəmə nəticəsində məlum olub ki, Masterson bu qadınlardan ikisinə təcavüz edib.

Bu hadisə qismən də ona görə diqqət çəkib ki, Masterson bu qadınlarla üzvü olduğu Sayentologiya Kilsəsi vasitəsilə tanış olub. Onu ittiham edən qadınlar, həmçinin kilsənin onları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindirmək istədiyini qeyd ediblər.

Sayentologiya Kilsəsi bu iddianı rədd edib və bildirib ki, Mastersonun dini cinayət işində araşdırma predmeti olmamalıdır.

Qadınların sözlərinə görə, Denni Masterson 2001-2003-cü illər arasında onlara narkotik verib və Hollivud Hillsdəki evində təcavüz edib.

Mastersonla görüşdüyü zaman Sayentologiya Kilsəsinin üzvü olan qadın dini təşkilatı Mastersonun “köməkçisi və qoruyucusu” adlandırıb və vurğulayıb ki, təcavüz haqqında danışmaq istəyərkən kilsə tərəfindən təqiblərə məruz qalıb. Qadın əlavə edib ki, travmadan sonra yaranan əsəb pozğunluğu onun perspektiv aktyorluq karyerasına da mənfi təsir göstərib.

Məhkəmə boyu danışmayan Masterson hökm oxunarkən həyat yoldaşı, aktrisa Biju Filips ilə birlikdə gözyaşlarına boğulub. Ona danışmaq təklif edilsə də, aktyor bundan imtina edib.

Hökm elan edildikdən sonra Denni Masterson həbs olunub.

 

Mənbə: “Reuters”

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv