!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlara verilən sosial müavinət: "Dörd uşağı olan ailələrə də şamil olunarsa..."

!Reklam – Yazi

“Müavinət dörd uşağı olan ailələrə də şamil oluna bilərdi”.

Bu sözləri Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin aylıq məbləğinin 105 manat müəyyən edilməsinə münasibət bildirən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, çoxuşaqlı ailələrə dövlət tərəfindən dəstək və diqqət göstərilməsi müsbət haldır:

“Bütün hallarda artım təqdirəlayiq haldır. İndiki bahalaşma fonunda artımın baş verməsi gözlənilən idi. Ölkə başçısı bu gözləntiləri doğrultdu. Müavinətin artırılması çox yaxşı addımdır. Yaxşı olardı ki, hansı ailələrin bu dəstəkdən yararlana biləcəyi ilə bağlı ictimaiyyətə açıq məlumat verilsin. Çünki hazırkı vəziyyətdə ölkədə beşdən çox uşağa sahib olan ailə sayı olduqca azdır. Yəni bu müavinətdən yararlanan çoxuşaqlı ailə sayı da az olacaq. Fikrimcə, müavinət dörd uşağı olan ailələrə də şamil oluna bilərdi. Nəticədə bu artımdan daha çox ailə yararlana bilərdi”

Gülşən Şərif

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv