!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qadınlardan ibarət şahmat millimiz olimpiadada qələbə qazandı

!Reklam – Yazi

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, yığmamız 2-ci turda Finlandiya seçməsini üstələyib. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Hazırda Ülviyyə Fətəliyevanın görüşü davam edir. 26 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Xatırladaq ki, komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələyib.

Finlandiya – Azərbaycan – 0:3

Anastasiya Nazarova – Günay Məmmədzadə – 0:1

Yoanna Paasikanqas – Xanım Balacayeva – 0:1

Tanya Tuominen – Gülnar Məmmədova – 0:1

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv