!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınların hisslərini təhqir etməyə görə cərimə TƏTBİQ EDİLƏCƏK

!Reklam – Yazi

Dövlət Duması qadınların hisslərini təhqir etməyə görə cərimələr tətbiq etməyi təklif edib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu təşəbbüslə Dövlət Dumasının deputatı Vladislav Davankov çıxış edib. Cərimənin 100 min rubl (təxm. 1 900 man) müəyyən edilməsi təklif olunur.

Cərimə edilməli olan hərəkətlərə “qadınların ali təhsil almaması lazımdır deyildiyi və ya kimsə abortun qadağan edilməli olduğunu söylədiyi” hallar daxildir.

“Bizim hakimiyyət orqanlarını təhqir etmək haqqında əla qanunumuz var. Mənə elə gəlir ki, məmurlar üçün 100 min rubl cərimə orta əsrlər üsulları ilə doğum səviyyəsi problemini həll etməyə çalışanların şövqünü çox tez soyudacaq”, – Davankov deyib.

O xatırladıb ki, Rusiya Federasiyasının 11 təsis qurumu artıq abortla bağlı müxtəlif növ məhdudiyyətlər tətbiq edib və gələn il bu tədbirlərin necə işlədiyini təhlil etməyi təklif edib.

Qeyd edək ki, dekabrın 4-də Federasiya Şurasının rəhbəri Valentina Matvienko dövlətin abortları qadağan etmək yolu ilə getməyəcəyini bildirib.

“Qadınların hisslərini təhqir edən qanuna ehtiyacımız var”, – deyən Davankov bildirib ki, onun partiyadaşları sənəd layihəsi üzərində işləyirlər.

Xuraman Etibarlı

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv