!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınların plastik əməliyyat SEVDASI: Qiymət və psixoloji aspektlər - ARAŞDIRMA

!Reklam – Yazi

Son dövrlərdə bədəninin müxtəlif nahiyələrinə görə kompleks yaşayan qadınlar cərrahlara üz tutur. Kimisi burnundan, kimisi artıq piydən, kimisi də çanaq nahiyəsindən şikayətçidir.

Amma dünya statistikasına görə, insanların əksəriyyəti daha çox rinoplastika adlandırığımız burun əməliyyatını icra etdirir.

Bundan əlavə, son dövrlərdə populyarlaşmış “Bella Hadid eye” (ceyran gözlər) əməliyyatını etdirənlər də az deyil.

Eyni zamanda istər evdar, istərsə də iş xanımları bədən şəkilləndirmə proseduru etdirir.

Bəs sözügedən əməliyyatlar hansı qiymət aralığında olur? Ümumiyyətlə, qadınların əksəriyyəti niyə öz bədəninə qarşı kompleks yaşayır?

Yenicag.az plastik əməliyyatların qiymətlərini təqdim edir.

Azərbaycandan danışsaq, bu əməliyyatlar 800-10.000 manat aralığında dəyişir. Belə ki, proseduru icra edən həkimin statusu və xəstəxananın cəmiyyət içindəki reputasiyası qiymətlərə təsir edir.

Məsələn, yeni açılmış özəl xəstəxanalarda rinoplastika 800-1000 manat aralığında olur. Lakin illərdir plastik əməliyyatlar icra edən, cəmiyyətdə tanınan cərrahlar isə bu əməliyyatı minimum 2 min manat civarında edir.

Bədən şəkilləndirmə əməliyyatlarına gəldikdə isə, qiymət olduqca baha ola bilər. Cərrahın reytinqi və bədən quruluşundan asılı olaraq, bu əməliyyat 4-10 min manat aralığında dəyişir.

Sırf çanaq nahiyəsinin böyüdülməsi isə 2-3 min manatdır.

Son illərin trendi olan “badam göz” əməliyyatı isə, 700-1500 manatdır.

Həmçinin üz gərmə əməliyyatı da bahalı prosedurlar arasındadır. Qiyməti 2 min manatdan başlayır.

Bu əməliyyatların psixoloji aspektlərinə nəzər salsaq, qadınlar həm kompleks yaşadıqları üçün, həm də daha gözəl görünmək üçün cərrahlara üz tutur.

Dünyaca məşhur psixoloqlar bildirib ki, tibbdə gerontofobiya adlanan qorxu var. Digər bir mənası isə yaşlanmaq qorxusudur. Günümüzdə milyonlarla qadın bu fobiyadan əziyyət çəkir. Ona görə də bıçaq altına yataraq, müxtəlif əməliyyatlar etdirirlər.

Qeyd edək ki, tək səbəb yaşlanmaq qorxusu da deyil. Bəzən cəmiyyət basqıları da buna səbəb olur. Məsələn, həssas xarakterə malik olan insanlar qıraq fikirlərin dərhal təsirinə düşür. Əgər kimsə onun burnunun böyük, bədəninin kök, dodağının balaca olması ilə bağlı fikirlər səsləndirsə, dərhal özgüvənsizlik hissinə qapılacaq.

Bütün bu amillər ağrılı əməliyyatlara üz tutmağa gətirib çıxardır.

Şahanə Paşa

www.yenicag.az

1046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv