!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınların təhsildə çoxluğu gələcəkdə problem yaradacaq? - Nazirin fikrinə sərt REAKSİYA

!Reklam – Yazi

Natiq Cəfərli: “Müəllimlərin maaşı artırılmalıdır”.

Elçin Əfəndi: “Şagirdlər kişi müəllimlərdən daha çox çəkinirlər”.

Təhsil naziri Emin Əmrullayev qadınların təhsildə çox olmasının gələcəkdə problem yaradacağı ilə bağlı açıqlama verib.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, gələcəkdə təhsil sistemində problemlərin yaranmaması üçün maddi stimullara ehtiyac var:

“Ölkədə müəllimlərin maaşı çox az, onlara yüklənən kənar işlər isə həddən artıq çoxdur. Son 20 ilin qəbul statistikasına baxdıqda görürük ki, ən aşağı balla tələbələr məhz pedaqoji ixtisaslara qəbul olunurlar. Nəticədə qısır döngə yaranır. Ən zəif tələbələr müəllim olur. Onlar universiteti bitirir, məktəbə müəllim kimi gedib daha zəif şagirdlər yetişdirirlər. Bu mənasız “zənciri” qırmaq üçün müəllim peşəsinin həm prestiji, həm də maaşı kəskin artmalıdır. Bu isə, cənab nazir, bir daha deyim ki, arzularla, gözəl sağlıq deməklə olmur”.

Təhsil eksperti Elçin Əfəndi isə Yenicag.az-a açıqlamasında bildirib ki, gender bərabərliyi fonunda hər bir müəssisədə qadın və kişilərin eyni sayda çalışması müşahidə olunur. Lakin sırf təhsil müəssisələrində müsbət nəticələr əldə etmək istəyiriksə, rəhbər vəzifələrdə kişi müəllimlərin olması məqsədəuyğundur:

“Son dövrlər təhsil alan qız şagirdlərin yuxarı siniflərdə göstəriciləri olduqca aşağı düşür. Bunun başlıca səbəbi təhsil sektorunda çalışan qadın heyətinin daha çox olmasıdır. Çünki şagirdlər kişi müəllimlərdən daha çox çəkinirlər. Əvvəlki dövrlərlə müqayisə etsək, rəhbər vəzifələrdə də qadınlar çoxluq təşkil edir. Məktəb direktorları və onların müavinlərinin demək olar ki, çoxu xanımlardır. Bu tendensiya şagirdlərin dərslərə biganə yanaşmasına yol açır. Çünki xanımlar bir qədər sərt rəftar etmirlər və tələbkarlıqları yoxdur. Bunu aşağılamaq məqsədilə demirəm. Sadəcə qadın müəllimlər uşaqlara analıq hissi ilə yanaşırlar. Belə olan halda şagirdlər vəziyyətdən sui-istifadə edirlər”.

Gülşən Şərif

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv