!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qafqazda Rusiya-Qərb savaşı: Proses hara gedir?

!Reklam – Yazi

“Nə qədər ki Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlayır, nə ABŞ-nin, nə də Qərbin cəhdləri səmərə verəcək”.

Bunu ABŞ və Qərbin Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmaq cəhdlərindən danışan politoloq Elşən Manafov Yenicag.az-a azçıqlamasında deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması üçün Vaşinqtonda keçirilən görüşdə əldə olunan vacib nailiyyətlərdən biri Qarabağda yaşayan erməni əhalinin etnik azlıq kimi göstərilməsi idi:

“Vaşinqton görüşü ABŞ-nin Ermənistanla Azərbaycan arasında uzun illərdir mövcud olan münaqişənin irəli sürdükləri təkliflər əsasında həlli üçün atılan addım idi. Həm Vaşinqton, həm də Brüssel görüşünün əsas məqsədi münaqişəli tərəflər arasında məhz özlərinin vasitəçiliyi ilə həll yolunu tapmaqdır. Məqsəd isə hər kəsə aydın olduğu kimi, Rusiyanı geopolitik oyunçu kimi Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq, onun münaqişə tərəflərinə təsir imkanlarını məhdudlaşdırmaqdır. Hələ ki nə ABŞ, nə də Qərb bütün səylərinə baxmayaraq, arzuladığı məqsədlərinə nail olublar. Nə qədər ki Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlayır, onların heç bir cəhdi səmərə verməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv