!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qala divarlarına "Z" hərfinin yazılmasına RƏSMİ MÜNASİBƏT

!Reklam – Yazi

İçərişəhər”  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən gün kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlara reaksiya verib. 

Yenicag.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə sosial şəbəkədə paylaşım edib.

Qoruq rəhbərinin sözlərinə görə, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir:

“Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununlada İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib”.

Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv