!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qalatasaray” Xankəndidə oynayacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Qarabağ” ilə Türkiyənin “Qalatasaray” klubu arasında Xankəndidə yoldaşlıq oyunu keçirilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Yenicag.az xəbər verir ki, bu sözləri  Axar.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

“Qarabağ”ın oyunlarının Xankəndidə keçirilməsi ilə bağlı suallar tez-tez gəlir. Bir daha deyirəm, bu barədə hələlik dəqiq məlumat və göstəriş yoxdur”, – Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Qarabağ” ilə Türkiyənin “Qalatasaray” klubu arasında Xankəndidə yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərin yayılmasına səbəb isə Xankəndi şəhər stadionunda sürətli təmir işlərinə başlanılmasıdır.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv