!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qalatasaray”dan Azərbaycan futboluna ÖNƏMLİ TÖHFƏ: Ölkəmizdə uşaq futbol məktəbləri açır

!Reklam – Yazi

“Qalatasaray”ın ölkəmizdə futbol məktəbləri yaratmasında müsbət addım buradakı uşaq, yeniyetmə və gənclərin Türkiyədə daha yaxşı şəraitdə məşq edə və futbol oynaya bilmə imkanıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin “Qalatasaray” futbol klubunun ölkəmizdə uşaq futbol akademiyaları yaratması ilə bağlı məlumatlara münasibət bildirən futbol mütəxəssisi Ceyhun Sultanov deyib.

Onun sözlərinə görə, “Qalatasaray”ın ölkəmizdə uşaq futbol məktəbləri yaratması müsbət addımdır.

“Qalatasaray”ın ölkəmizdə uşaq futbol məktəblərini açması müsbət addımdır. Ölkəmizdə də bundan əvvəl belə akademiyalar fəaliyyət göstərib. “Qalatasaray”ın futbol məktəbi yaratmasında əsas müsbət addım buradakı uşaq, yeniyetmə və gənclərin Türkiyədə daha yaxşı şəraitdə məşq edə və futbol oynaya bilmə imkanıdır. Lakin burada açılan məktəblər ödənişli olacaq, kommersiya xarakteri daşıyacaqsa, məncə burdan yaxşı effekt almaq imkanı aşağı olacaq”, – deyə o bildirib.

C.Sultanov qeyd edib ki, bu gün Azərbaycanda kifayət qədər kommersiya xarakterli, ödənişli futbol məktəbləri fəaliyyət göstərir:

“Mən pullu sektorun tərəfdarı deyiləm. Əgər “Qalatasaray” burada akademiya yaratmaq istəyirsə, fikrimcə, bu ödənişsiz həyata keçirilməlidir. Bu, təbii ki, mənim şəxsi fikrimdir. Maddi imkanı aşağı olan ailələrin övladları həmin məktəblərdə futbol oynaya bilmə imkanı nisbətən aşağı olacaq. Çünki yaxşı futbolçuların əksəriyyəti kasıb ailələrdən çıxır”.

İsmayıl Bakuvi

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv