!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

“Qalatasaray”dan inanılmaz transfer

Reklam: Sinerji Pro

62614Türkiyənin “Qalatasaray” klubu alman ulduzu transfer etmək istəyir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, klub prezidentinin köməkçisi Dursun Özbək Lukas Podolski ilə görüşüb.

Mövsümün sonununda liqada çempion olmağı hədəfləyən İstanbul təmsilçisi bu transferlə Avropa mətbuatının gündəminə düşə bilər. Hazırda icarə əsasında “İnter” forması geyən alman ulduzun müqaviləsi “Arsenal”la olduğu üçün “Qalatasaray” ingilislərlə danışıqlar aparacaq.

Klubun sabiq məşqçisi Çesare Prandelli ilə maliyyə məsələlərini həll etmək üçün İtaliyaya gedən D. Özbek orada Podolski və meneceri ilə danışıqlar aparıb.

Qeyd edək ki, mövsümə “Arsenal”da başlayan Podolski Çempionlar Liqası D qrupunda “Qalatasaray”la İstanbulda qarşılaşmışdı. Həmin oyunda futbolçu 2 qol vurmuşdu. 29 yaşlı alman futbolçu “İnter”də forma geydiyi 16 matçda cəmi 1 dəfə fərqlənib.

www.yenicag.az

347
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100