!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QALMAQAL: Məşhur müğənni səhnəyə yarıçılpaq çıxdı - VİDEO

!Reklam – Yazi

Özbəkistanda müğənni Kaniza “əxlaqsız” videolara görə lisenziyasından məhrum edilib.

Yenicag.az  xəbər verir ki, ifaçı 1 ay səhnəyə çıxa bilməyəcək.Qərarı Özbəkistanın mədəniyyət nazirinin müavini Bahodır Əhmədov elan edib:

“Şura üzvləri Kaniza Əhmədovanın lisenziyasının ləğvi barədə qərarı yekdilliklə təsdiqləyiblər. Ona ciddi xəbərdarlıq edilib. Bir ay ərzində “normal vəziyyətə qayıdarsa”, lisenziya üçün yenidən müraciət edə biləcək. Düzü, bu qızın niyə belə etdiyinə təəccüblənirəm. Ona belə şeylər niyə lazımdır? O, sağlam düşüncəli, ziyalı, ali təhsilli insandır. Bir ay ərzində səhvlərini düzəldəcəksə, düzəldəcək, yoxsa, daha ciddi tədbirlər görüləcək. Yaxşı olar ki, digər sənətçilər də Kaniza Əhmədovaya tətbiq edilən tədbirlərdən nəticə çıxarsınlar”.

“Ozbekkonsert”in rəyinə görə, əsl adı Şəhrizoda Əhmədova olan müğənni videoda yarıçılpaq, daha doğrusu, şalvarsızdır.

Müğənni isə ət rəngli şalvarda çıxış edib. O, “Özbekkonserti” tənqid edərək, mədəniyyət nazirinin “sarayını” ziyarət edəcəyini açıqlayıb.

Daha əvvəl sosial şəbəkələrdə Kanizanın toyda oxuduğu video yayılıb. Ət rəngli şalvar, ağ köynək və qara dəri gödəkçədə çıxış edən müğənnini istifadəçilər tənqid ediblər. Bəzi “YouTube” kanalları bunu sənətçinin “şalvarsız” ifa etdiyi şəkildə təqdim edib.

Kaniza geyiminin niyə internetdə müzakirə olunduğuna təəccübləndiyini bildirib:

“Hamı şalvarımdan danışır. Mən başa düşmədim. Bu mənfi fikirlərə, xüsusən də savadsızlara reaksiya vermək istəmədim… Nədir, Özbəkistanda daha müzakirə mövzusu qalmayıb?!”

www.yenicag.az

1398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv