!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qalmaqaldan qaçan Aytəkin: “Maşınını görüb geri qayıtdım ki, onunla üz-üzə gəlməyim” - FOTOLAR

!Reklam – Yazi

“Elə adamlar var ki, adlarının qalmaqalda, söz-söhbətdə hallanmasını xoşlayırlar. Bununla da gündəmə gəlmək istəyirlər…”

Bunu tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

Qulaq dincliyinə üstünlük verdiyini deyən Aytəkin qalmaqal və dedi-qoduların əleyhinə olduğunu bildirib:

“Sülhsevər insanam. Hərdən kiminsə xətrinə dəyirəm, amma sonra pis oluram. İstəmirəm qəlb qırım, ya pis nəsə danışım. Yanımda kimdənsə danışanda onu heç kimə demirəm, amma məndə əksinə olur. Bir də görürsən, danışmadığım sözü gedib kiməsə çatdırıblar. Hətta sosial şəbəkədə də fotolarıma, ya videolarıma mənfi rəy yazan adama belə cavab vermirəm. Qalmaqal adamı deyiləm. Elə adamlar var, özləri xoşlayır ki, adları qalmaqalda, söz-söhbətdə hallansın. Bununla da gündəmə gəlmək istəyirlər. Amma mənim buna ehtiyacım yoxdur. Adımın boş-boş qalmaqalda hallanmasının əleyhinəyəm. Mənə görə qulaq dincliyi çox önəmlidir. Aramızda söz-söhbət olan bir adam var idi, onun adını belə çəkmirəm. Onu görəndə belə yolumu dəyişirəm ki, birdən üz-üzə gələrəm və hansı reaksiya verəcəyimi bilmirəm. Hətta onun maşınını hansısa məkanın qarşısında görəndə, oradan geri qayıtmışam ki, üz-üzə gəlməyim”.

Aytəkin verilişinə çağırdığı qonaqlarla da bağlı maraqlı fikirlər səsləndirib.

“Dəfələrlə olub, qonaqlarım mənə öncədən deyiblər ki, məni verilişə filankəslə çağır. Mən özüm də qonaqlarımdan soruşuram ki, hansı həmkarınızla sözünüz tutursa, onunla bərabər çağırım. Amma mənə “o adamlarla efirə çıxmıram” deyənlər görmüşəm ki, digər kanallarda həmin adamlardan da bərbad insanlarla efirə çıxıblar. Mən də konkret adamam, üzlərinə demişəm ki, nə oldu bəs, həmin adamları özünə yaraşdırmırdın, indi bərabər verilişə çıxımısız”.

Cəvahir

www.yenicag.az

1341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv