Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Qalmaqaldan qaçan tanınmış aparıcı: “O tərbiyəni almamışam ki...”

“Dostlar, tanışlar bəzən mənə deyiblər ki, dəvət etdiyin qonaqlara qalmaqallı suallar ver, onları qıcıqlandır, verilişin reytinqi qalxsın”.

Bunu qalmaqallarla bağlı sualımızı cavablandırarkən tanınmış aparıcı Anar Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı verilişinə dəvət etdiyi qonağı qıcıqlandırmağı tərbiyəsinə sığışdırmadığını bildirib:

“Heç vaxt qalmaqala getmirəm, heç məni qalmaqala çəkən də yoxdur. Deyənlərə də cavabım belə olub ki, o tərbiyəni almamışam ki, evimə dəvət etdiyim qonağı qıcıqlandırım. Verilişimə gələnləri qonaq kimi qəbul etdiyim üçün heç vaxt onun “şkafındakı skeletləri” çıxarıb tamaşaçının önündə pərt etmək, qıcıqlandırmaq, qeybət etmək niyyətim olmayıb. Təəssüf ki, bunları edən çox aparıcılar var. O aparıcılar özlərinə hörmət etsinlər.

Belə verilişlər də var, ya aparıcı nəyəsə görə qonağa yaltaqlanır, ya da onu əsəbiləşdirir. Qonaq sənətdə hələ təzə-təzə addımlayır, amma aparıcı onu elə təqdim edir ki, sanki o insan illərini sənətə həsr edib, uğur qazanıb.

Ən azı, kimisə efirə qonaq çağıranda zəng edib demirsən, gəlin mənim verilişimə, zəng edib deyirsən ki, sizi verilişimə qonaq çağırmaq istəyirəm və mövzu da budur. Yoxsa ki, qonağı efirə çağırıb, başlasan mövzuya dəxli olmayan suallarla onun şəxsi həyatını qurdalamağa, qıcıqlandırmağa, əlbəttə, bu onun xoşuna gəlməyəcək. Çağırdığım qonaqların şəxsi həyatı barədə də suallar verirəm, amma bunu insanı qıcıqlandırmadan, onun şəxsiyyətinə toxunmadan, mədəni formada edirəm”.

Cəvahir

www.yenicag.az

795
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100