!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qalmaqallı casus proqramı "Pegasus"da İSTEFA

!Reklam – Yazi

Ötən il dünyada böyük səs-küyə səbəb olan “Pegasus” casus proqramını hazırlayan İsrail şirkəti “NSO Group Ltd”nin icraçı direktoru Eyşer Levi istefa verib.

Yenicag.az xəbər verir ki, Levinin istefa açıqlaması İsrailin “Walla” xəbər saytında yayımlanıb.

Levi istefasının casus proqramı ilə bağlı qalmaqalla əlaqəsinin olmadığını qeyd edib:

“Vəzifəmin sonlanması ilə şirkətlə bağlı son hesabat arasında heç bir əlaqə yoxdur”.

Xatırladaq ki, “Pegasus”la dünyada önəmli şəxslərin izlənməsi təmin edilib. Fransa prezidenti Emmanuel Makron başda olmaqla Mərakeş kralı VI Məhəmməd, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Meksika prezidenti Andres Manuel Lopez Obrador, Pakistanın Baş naziri İmran Xan, Misirin Baş naziri Mustafa Mədbuli, İraqın Baş naziri Bərham Saleh və Cənubi Afrika prezidenti Siril Ramafos da “Pegasus”la izlənilən siyasətçilər sırasında yer alıb.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv