!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qalmaqallı uşaq evi ilə bağlı Bakı meriyasından AÇIQLAMA

!Reklam – Yazi

Xətai rayon 3 saylı uşaq evinin sakini 17 yaşlı yeniyetmənin iddiaları ətrafında yaranan müzakirələr davam edir.

Aparıcı Tarix Əliyev (Tolik) MTV-də verilişində çıxışı zamanı sözügedən uşaq evindəki vəziyyətin araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə komissiya yaradıldığını söyləmişdi.

Yenicag.az xəbər verir ki, komissiyanın işi ilə bağlı mətbuata məlumat verilməyib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan BŞİH-nin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov komissiyanın yeni yaradıldığını deyib:

“Komissiya dünən yaradılıb və hazırda iş gedir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə o söyləyib.

Cəmiyyətdə 3 saylı uşaq evi ilə bağlı tənqidlərə səbəb olan növbəti məsələ isə 73 yaşlı direktor Məhbubə Hüseynovanın yaş həddi ilə əlaqədar hələ də təqaüdə göndərilməməsi ilə bağlıdır.

BŞİH rəsmisi M.Hüseynovanın nə üçün təqaüdə göndərilməməsi ilə bağlı suala isə belə cavab verib:

“Bu və ya digər məsələlələrlə bağlı həmin komissiya çalışır. Onların yekuna qərarına uyğun olaraq bu məsələyə də münasibət bildirə bilərik”

Qeyd edək ki, bundan əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayətlə bağlı sosial şəbəkədə görüntülər yayılmışdı.

Orada qalan uşaqlardan biri uşaq evinə gələn ərzaqların aparıldığını iddia etmişdi.

Yeniyetmə daha sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi müzakirələrə səbəb olmuşdu.

Onu da əlavə edək ki, sözügedən yeniyetmənin ruhi xəstə olmadığını deyən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov bu gün yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv