!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qan içində qalan Yaxın Şərq: İsrail-Fələstin münaqişəsi nə zamana qədər davam edəcək?

!Reklam – Yazi

“Fələstinin quru əməliyyatlarına dözməyəcəyi və münaqişəni sonlandıracağı proqnozlaşdırılır”.

Bun fikirləri Yaxın Şərqi qan gölünə boğan İsrail-Fələstin müharibəsi barədə danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.O, müharibənin bitməsi üçün Fələstin dövlətinin tanınmalı olduğunu bildirib:

“İsrail Yaxın Şərqdə münaqişənin qalmağını istəməz. Çünki İsrailin digər ərəb dövlətləri ilə münasibətlərinə baxsaq, əlaqələrin müsbət müstəvidə inkişafını görərik. Hər iki tərəfdən radikal sağçı siyasətçilər sülh proseslərinin önünü kəsməməlidir.

İsrailin hazırda hədəfində yalnız HƏMAS-dır. Həmin şəbəkə tamamilə məhv edilməyənə qədər İsrail dayanmayacaq.

Minlərlə sivil insanın tələf olduğu İsrail-Fələstin müharibəsi tezliklə sonlanmalıdır. Fələstinin quru əməliyyatlarına dözməyəcəyi və münaqişəni sonlandıracağı proqnozlaşdırılır. Bir sözlə, İsrail istədiyinə nail olmaq üçün sona qədər mübarizə aparacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv