!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanazlığından əziyyət çəkənlərin göz problemi … - Tanınmış oftalmoloqdan açıqlama

!Reklam – Yazi

Gözündə problem olan hər kəs ondan xilas yolları axtarır. Sirr deyil ki, bu cür pasiyentlər arasında qanazlığından əziyyət çəkən insanlar da var. Bəs görəsən onlar üçün göz əməliyyatları riskli deyil ki? Əməliyyat zamanı qan itkisi riski nə qədərdir? “Miopiya və lazer mərkəzi”nin rəhbəri, tanınmış oftalmoloq Günay Əliyeva suallarımıza cavab verdi:

“ Bu gün bizim mərkəzə müxtəlif diaqnozlu xəstələr müraciət edir. Hər yaşda, hər problemdə xəstələr var. Onlar arasında qanazlığından əziyyət çəkən insanlar da yer alır. Bəzən onlar xəstəliklərini çox gecikdirirlər. Bunu da qorxduqları, göz əməliyyatı zamanı qan itkisinin yarana bilmə riski ilə əlaqələndirirlər. Əvvəla onu deyim ki, heç kim öz xəstəliyi ilə əlaqədar özbaşına qərar verməsin. Mütəxəssislə məsləhətləşmək mütləqdir.
Lazer əməliyyatı gözün damarsız toxuması olan buynuz qişaya tətbiq olunduğundan, bu, qan itkili əməliyyat deyildir. Lazer əməliyyatı damcı anesteziyası altında həyata keçirilir. Lazerdən sonra müəyyən bir müddət ərzində göz quruluğu problemləri ola bilər. Bu vəziyyət süni gözyaşı damcılarının köməyi ilə nəzarətdə saxlanılır. Vaxt keçdikcə damcılara ehtiyac qalmır.
Bu da o deməkdir ki, gözündə hər hansı problemi olan və qanazlığı yaşayan hər bir kəs tərəddüdsüz olaraq, “Miopiya və lazer” göz mərkəzinə müraciət edə bilər. Biz sizing bütün problemlərə əlac edərik. Təki siz sağlamlığınızın qeydinə vaxtında qalın.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv