!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QANDONDURAN HADİSƏ: Atası ilə əlbir olub sevgilisinin BARMAQLARINI KƏSDİ - FOTO

!Reklam – Yazi

Türkiyənin Biləcik ilçəsində N.Nəimi (şərti ad) adlı şəxs eyni evdə yaşadığı qadının barmaqlarını kəsib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Belə ki, eyni evdə yaşadığı deyilən əfqanıstanlı N.Naimi (şərti ad) ilə tacikistanlı R.Fəridə (şərti ad) arasında şəxsi zəmində mübahisə yaranıb. Mübahisə davaya çevrildikdən sonra Nəimi bıçaqla qadının barmaqlarını kəsib.

Qadının fəryadından sonra hadisədən xəbər tutan qonşular polisə və təcilli tibbi yardıma xəbər veriblər. Çoxlu qan itirən qadın Biləcik Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun 5 barmağında kəsik izləri, 2 barmağının isə tamamilə kəsildiyi öyrənilib.

Hadisə baş verən zaman Nəiminin atası da evdə imiş. Onlar baş vermiş olaydan dərhal sonra aradan çıxmağa çalışıblar. Lakin polis əməkdaşları tərəfindən onların hər ikisi aşkarlanaraq həbs edilib.

Sadiq Cavadov

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv