!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanun pozan məmurlar üçün “ALİBİ”? - “Döyüldüyü bildirilən şəxs də ondan asılı olanı etməlidir” – REPLİKA

!Reklam – Yazi

“Kimliyindən asılı olmayaraq, qanunları pozan hər bir vətəndaş törətdiyi əməlin cəzasını çəkməlidir”.

Bu fikirləri bir neçə gün əvvəl moped sürücüsünü döyməklə gündəmə gələn məmur Soltan Dadaşov barəsində hələ də hüquqi ölçü götürülməməsi haqda danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, ortada qanun pozuntusu faktı varsa, araşdırılmalı və nəticəyə uyğun qaydada qərar verilməlidir:

“Hamı bir məsələni nəzərə almalıdır ki, Kimliyindən asılı olmayaraq, qanunları pozan hər bir vətəndaş törətdiyi əməlin cəzasını çəkməlidir. Bu, birmənalıdır. Dediyiniz faktla bağlı niyə hələ qərar olmadığını bilmirəm.

Eyni zamanda, onu da bildirməliyik ki, bu işlə bağlı döyüldüyü bildirilən şəxs də ondan asılı olanı etməli, müvafiq addımları atmalıdır. Yəni onun özü də bu işin sürətlənməsinə çalışmalıdır.

Digər tərəfdən, məsələ bu qədər ictimailəşibsə, hüquq müdafiəçiləri də məsələyə müdaxilə etməlidirlər. Ancaq, təəssüf ki, onlar bir çox hallarda hüquqları pozulmayan şəxslərin hüquqlarını qoruyurlar. Yəqin ki, bu iş belə qalmayacaq, ortada qanun pozuntusu faktı varsa, araşdırılmalı və nəticəyə uyğun qaydada qərar verilməlidir”.

A.Zeynalov

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv