!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunda əks olunan YENİ TƏLƏBLƏR: "Uyğunlaşa bilməyəcək partiyaların adlarını çəksəm...” – Millət vəkili

!Reklam – Yazi

“Bildiyim qədər, partiyaların çoxu öz qeydiyyatlarını itirməmək üçün yeni şərtlərin icrası yönündə fəaliyyət göstərirlər”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra mövcud təşkilatların sənəddə yer alan yeni tələblərə uyğunlaşma prosesini dəyərləndirən Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, köhnə qanun əsasında qeydiyyatdan keçmiş partiyalardan hansıların yeni şərtləri yerinə yetirə bilməyəcəkləri təqribən məlumdur:

“Əlbəttə, yeni qanunun parlamentdə qəbul edilməsi və dövlət başçısı tərəfindən təsdiqlənməsi partiyaların qarşısında yeni tələblər qoyub. O baxımdan, siyasi təşkilatların konkret zaman kəsimində həmin tələbləri yerinə yetirmələri lazımdır.

Bildiyim qədər, partiyaların çoxu öz qeydiyyatlarını itirməmək üçün yeni şərtlərin icrası yönündə fəaliyyət göstərirlər. Ancaq onlardan neçəsinin bu işi uğurla başa çatdıracağını söyləmək çətindir.

Bununla belə, köhnə qanun əsasında qeydiyyatdan keçmiş partiyalardan hansıların yeni şərtləri yerinə yetirə bilməyəcəkləri təqribən məlumdur. Ancaq o partiyalarını adlarını çəksəm, bu, doğru anlaşılmaya bilər. Hər halda, onların kimliyini siz də, cəmiyyət də yaxşı bilir”.

A.Zeynalov

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv