!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qanunlara dəyişikliyin məqsədi...”- Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Bunun hökümət tərəfindən əsaslandırılmış izahı verilməsə də, sadəcə olaraq qiymətlərin sabitləşdirilməsini nəzərdə tutur”.

Bu sözləri “Lisenziyalar və icazələr haqqında” Qanuna edilən düzəlişlərə münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, sözügedən dəyişikliklər gələcəkdə taksi xidmətlərinin inhisarlaşmasına səbəb ola bilər:

“Bir neçə gündür ki, bu məsələ müzakirə olunur. Qanunlara dəyişiklik Azərbaycanda daşınma, nəqliyyat, mərkəzləşdirilmiş taksi xidmətləri üzərində dövlət nəzarətinin gücləndirilməsi məqsədini daşıyır. Bunun hökümət tərəfindən əsaslandırılmış izahı verilməsə də, sadəcə olaraq qiymətlərin sabitləşdirilməsini nəzərdə tutur. Digər tərəfdən də sözügedən taksi xidmətlərində nəzarətin olmaması, sürücülərin davranış məsələsini gündəmə gətirir.

Mən özüm də daima taksidən istifadə edirəm və demək olar, hər gün qarşıma müxtəlif sürücülər çıxır. Deyə bilərəm ki, həmin şəxslərin əksəriyyəti normal insanlardır. Narkotik maddə asılılığı kimi iddialara hüquq-mühafizə orqanları münasibət bildirməlidir. Həmçinin burada nəqliyyat infrastrukturunda olan problemlər, tıxacların çoxluğu və s. amillər də qeydə alınır. Bununla da ictimai nəqliyyatdan istifadəni gücləndirmək məqsədi ön plana çıxır.

Eyni zamanda bu addım taksi xidmətlərində inhisarlaşmaya yol aça bilər. Buna görə də ictimai nəqliyyatın gücləndirilməsi istiqamətində digər işlər də görə bilərik. Məsələn, biz Xəzər dənizinin imkanlarından yararlana bilərik. Başa düşmürəm ki, indiyədək Xəzər dənizinin imkanlarından niyə istifadə etmirik? Nə üçün Xəzər vasitəsilə Bakıda sərnişin daşınması həyata keçirilmir? Əgər bu imkanlardan yararlana bilsəydik, Bakı ətrafı ərazilərdən şəhərə daha rahat və qısa şəkildə çata bilərdik.”

Yusif Səmədzadə

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv